Faqot

FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır[1]. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur[2].

  1. "Arxivlənmiş surət". 2015-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-01.
  2. "Arxivlənmiş surət". 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-01.

Developed by StudentB